Seçki kampaniyası çərçivəsində aksiyaların keçiriləcəyi yerlər açıqlanıb
14 Oktyabr 2010 Cümə Axşamı 11:50
“Azərbaycan” qəzetində ayrılmış yerlər haqqında məlumat dərc edilib.
Rəsmi “Azərbaycan” qəzetində parlamentə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi üçün “Sərbəst toplaşma haqqında” qanuna uyğun olaraq ayrılmış yerlər haqqında məlumat dərc edilib. Cəmi 3440 yaşayış məntəqəsində 4930 yer, o cümlədən 2676 açıq meydança və 2254 qapalı yer ayrılıb. Məlumatda qeyd olunur ki, 2009-cu illə müqayisədə 131 yer çox (91 açıq, 40 qapalı) ayrılıb.

Rayon mərkəzlərində kütləvi tədbirlər üçün şəhər stadionları, paytaxtda isə kiçik meydançalar, stadionlar ayrılıb. Bakının mərkəzində aksiyalar üçün yer ayrılmayıb.

Qapalı görüşlər üçün kiçik yerlər - 200-300 nəfərlik kinoteatrlar, qəsəbə mədəniyyət evləri ayrılıb.

İşğal altında olan rayonların 7 DSK-sı üzrə isə seçicilər müvəqqəti məskunlaşdıqları bölgələrdə müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilərlər.

Qeyd edək ki, seçkiqabağı təşviqat oktyabrın 15-də saat 00.00-da başlayıb noyabrın 6-da saat 8.00-da başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar