Şaxtalı hava paytaxtın elektrik enerjisində də problemlər yaratdı.
02 Fevral 2012 Cümə Axşamı 15:49
Fasilələr xətlərdə yaranan qəzalarla bağlıdır.
Havanın çovğun və şaxtalı olması ilə əlaqədar paytaxtda əhaliyə verilən elektrik enerjisində də müəyyən problemlər yaranıb. "Bakıelektrikşəbəkə” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də ANS PRESS-ə açıqlamasında bildirib ki, bir sıra yerlərdə yaranan texniki nasazlıqla nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
“Binəqədi, Biləcəri, Əhmədli və sair qəsəbələrə hazırda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu da həmin ərazilərə elektrik paylayan yarımstansiyalardan gələn xətlərdə baş verən qəzalarla bağlıdır. Güclü külək elektrik dirəklərində, naqillərdə qəzalar yaradır. Hazırda əməkdaşlarımız 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır. Nasazlıqlar aradan qaldırılır, çalışacağıq ki, bu gün axşam bütün abonentlərimizə elektrik enerjisi fasiləsiz verilsin”.
Tanrıverdi Mustafayev eyni zamanda vətəndaşlara müraciət edib: “Bütün abonentlərimizdən xahiş edirəm ki, səbirli olsunlar. Bilirik ki, yollar buz bağlayıb, hava yağıntılıdır. Əməkdaşlarımız qəza baş verən əraziyə vaxtında çatmırlar. Amma yenə də çalışırıq ki, problemi vaxtında aradan qaldıraq. Bir də, abnentlərdən çox xahiş edirəm ki, ehtiyac olmadıqda elektrik xətlərini artıq yükləməsinlər”.
DOSTLARINLA PAYLAŞ: