Şavarş Koçaryan: “Rəsmi Bakı Ermənistanın təklifindən imtina edib”
20 May 2010 Cümə Axşamı 01:20
Şavarş Koçaryan: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Minsk qrupunun həmsədrlərinin təklif etdiyi Madrid prinsiplərinə əsaslanır”.
“Rəsmi Bakı Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xəttində snayperlərin geri çəkilməsi barədə İrəvanın təkliflərindən itina edib”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ermənistanın İctimai televiziyası ilə çıxışında deyib.
Nazir müavini onu da deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunan Madrid prinsiplərinə əsaslanır: “Danışıqlar masasında tərəflərin danışıqlar prosesinin əsası kimi qəbul etdiyi bir sənəd var. Bu, 2007-ci ilin Madrid prinsipləridir”. Şavarş Koçaryan deyib ki, sənədin məxfilikdən çıxarılmış hissəsində münaqişənin üç beynəlxalq norma əsasında həll edilməli olduğu bildirilir. Erməni diplomatın sözllərinə görə, bunlar xalqların öz müqəddəratını təyin etməsi, ərazi bütbvlüyü və güc tətbiq edilməməsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: