Şarl Aznavur Ermənistan hakimiyyətini tənqid edib
14 Dekabr 2011 Çərşənbə 10:53
Məşhur musiqiçi Şarl Aznavur: “Ermənistanda daxili soyqırım baş verir”.
Dünyaşöhrətli erməniəsilli müğənni və Ermənistanın İsveçrədəki səfiri növbəti dəfə həmvətənlərini tənqid edib. ANS PRESS-in “Life Shobiz”əistinadla verdiyi məlumata görə, o, adıçəkilən sayta müsahibəsində Ermənistanda nəfəs almağın qeyri-mümkün olduğunu və bu ölkənin gənclərinin xaricə üz tutduğunu bildirib.
“Hazırda mənim vətənimdə faktiki daxili soyqırım baş verir. Mən bunu siyasi cəhətdən qəbuledilməz sayıram. Ermənistandakı problemlər artıq siyasi deyil, ümuminsani xarakter daşıyır. Bu problemi tezliklə həll etmək lazımdır” - deyə Şarl Aznavur vurğulayıb.

Qeyd edək ki, Şarl Aznavur artıq neçənci dəfədir ki, Ermənistan hakimiyyətini haqlı olaraq ittiham edir. Bu ilin avqust ayında da Şarl Aznavur Fransanın “Nouvelles d'Arménie” jurnalına müsahibəsində Ermənistanın hazırki hakimiyyətini ittiham etmişdi. O, Ermənistanın hazırki hakimiyyət nümayəndələrini ölkədə mafiya formalaşdırmaqda və ermənilərin bundan zərər çəkərək xaricə üz tutduğunu vurğalamışdı. Ş. Aznavur həmçinin Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırım iddialarından da əl çəkməyi məsləhət görmüşdü.

Qeyd edək ki, başqa dövlətləri öz xalqına qarşı soyqırım törətməkdə əsassız ittiham edən Ermənistan hökuməti dünyaşöhrətli erməni sənətkarın sözündən nəticə çıxararaq öz xalqına və azərbaycanlılara qarşı soyqırımı nə qədər tez dayandırsa bir o qədər tez xeyir tapar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar