Şarl Aznavur erməniləri yıxıb sürüdü
06 Oktyabr 2011 Cümə Axşamı 13:01
Şarl Aznavur: "Soyqırım məsələsi məni artıq təngə gətirib".
Dünya şöhrətli erməniəsilli şanson ifaçı, Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur “Nouvelles d'Arménie” jurnalına eksklüziv müsahibə verib. ANS PRESS-in məlumatına görə, müğənni müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı və Türkiyə-Ermənistan məsələlərinə münasibət bildirib. Jurnalistin qondarma erməni qoyqırımı ilə bağlı sualına Şarl Aznavur “bu məsələ məni artıq təngə gətirib” deyə cavab verib.

“Biz bu yolla heç bir uğur əldə etməyəcəyik. Hansı ölkə öz maraqlarını qurban verərək bizi qoruyar? Heç biri. Ermənistan ziyan çəkir. Bu ölkə günü-gündən boşalır. Bu kimə lazımdır? Bir neçə mafiya rəhbərinə? Minlərlə bədbəxt erməni bütün dünyaya səpələnib. Biz isə türklərə qarşı çıxaraq diqqətimizi “erməni soyqırımı” terminini qəbul etdirməyə yönəltmişik”, - deyə Şarl Aznavur bildirib.

Məşhur müğənni Ermənistanın böyük təhlükə qarşısında qalmasına baxmayaraq həmyerlilərinin “erməni soyqırımı” terminini qəbul etdirməyə diqqətlərini yönəltdiklərini qeyd edib: “Başa düşə bilmirəm bu cür şərtlərlə Ermənistanı necə irəli aparmaq olar? Bu məntiq bizi hara aparacaq? Məni bu nöqteyi-nəzərimə görə tənqid edənlər indi haradadırlar? Onlar Ermənistana kömək üçün nə edirlər? Mən bu fikirləri ABŞ-da işləyən 300 vəkilə rəhbərlik edən erməni hüquqşünasa da demişəm. O da hamı kimi fikirləşirdi, ancaq sonradan mənə haqq qazandırdı”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar