Sarkozi Türkiyədə 5 saatdan artıq qalmaq istəmir
16 Fevral 2011 Çərşənbə 17:48
Fransa prezidenti fevralın 25-də Ankaraya qısa səfər edəcək
Fransa prezidenti Nikolya Sarkozi Türkiyəyə səfərə gələcək. Amma cəmi 5 saat davam edəcək səfərə Sarkozi həyat yoldaşı Karla Brunini gətirməyəcək. "Vatan" qəzetinin yazdığına görə, “France-Press”ə bu haqda adı gizli saxlanılan türkiyəli diplomat danışıb.
"İstərdik ki, Sarkozi Türkiyədə daha çox qalsın, amma görünür, o bunu istəmir” qeyd edən türkiyəli diplomat əlavə edib ki, Sarkozinin Türkiyəyə səfəri təxminən 5-6 saat davam edəcək.
Qeyd edək ki, Fransa prezidenti Nikolya Sarkozinin Türkiyəyə səfəri fevralın 25-ə planlaşdırılıb. Səfər çərçivəsində Türkiyə-Avropa Birliyi, eləcə də regional və digər bir sıra məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, ötən il Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fransaya səfəri zamanı Sarkozini öz ölkəsinə dəvət edib.
DOSTLARINLA PAYLAŞ: