Sarkozi erməni soyqrımının Senatda dəfninə vəd verib
08 Dekabr 2010 Çərşənbə 15:00
Saytın növbəti açıqlaması Türkiyənin bu barədə məlumatlandırılmasından bəhs edir
Fransa prezidenti Nikolya Sarkozi Türkiyə hökumətinə qondarma erməni soyqrımının tanınmasına dair qanun layihəsinin “Fransa Senatında dəfn ediləcəyi” barədə zəmanət veribmiş. Buna “Wikileaks” saytının açıqladığı ABŞ-ın Parisdəki səfiri Kreyq Stepltonun 26 iyun 2007-ci il tarixli teleqramı şahidlik edir.

Teleqramda Fransa Xarici İşlər Nazirliyinin Siyasət və Təhlükəsizlik Departamentinin baş direktoru Jerar Aro ilə ABŞ dövlət katibinin müavini Berns arasında baş tutan danışıqların detalları sitat gətirilir.

Teleqrama əsasən, Aro məlumat verir ki, Sarkozi Türkiyənin Avropa İttifaqına üzvlük ideyasını dəstəkləyərək, rəsmi Ankara ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır. Fransa prezidentinin bu mövqeyi fransız diplomatların Ankaraya səfəri zamanı türkiyəli diplomatların nəzərinə çatdırılıb. Qeyd olunur ki, fransalı diplomatlar Türkiyə rəhbərliyini “Sarkozinin “erməni soyqrımı” üzrə qanun layihəsinin Fransa Senatında "ölümünə" zəmanət verməsi” barədə məlumatlandırıb.

Qeyd edək ki, 7 noyabr 2000-ci il tarixində Fransa senatında qondarma erməni soyqırımının tanınması barədə qanun layihəsi qəbul edilib. Qanun layihəsinin mətnində belə deyilir: "Fransa rəsmi olaraq ermənilərin 1915-ci ildə soyqırım qurbanları olduğunu tanıyır".



DOSTLARINLA PAYLAŞ:

oyunlar