Sarkozi Azərbaycan və Ermənistana kömək etmək istəyir
02 Mart 2010 Çərşənbə Axşamı 00:05
"Fransa və Rusiya Qarabağ nizamlanmasında əməkdaşlığı davam etdirmək niyyətindədir"
Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı davam etdirmək niyyətindədir. Belə bir bəyanatla Fransa prezidenti Nikolya Sarkozi Rusiya dövlət başçısı Dmitri Medvedevlə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında çıxış edib.

“Rusiya ilə Fransa Azərbaycan və Ermənistana kömək etmək, bir-birilərini anlamaq üçün birgə çalışacaq”,- deyə Sarkozi söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti bu gün Parisə səfər edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar