Sarkisyanın sammitə getməsə sülhdən qaçır
26 Noyabr 2010 Cümə 14:20
Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ANS-ə açıqlamasında belə deyib
“Erməni kütləvi informasiya vasitələrində prezident Serj Sarkisyanın ATƏT-in Astanada keçiriləcək sammitinə gəlməyəcəyinə dair yayılan məlumatlar doğru olsa, bu bir daha Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllindən qaçmasını göstərir”. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov ANS-ə müsahibəsində belə deyib.

“Sarkisyan sammitə getməsə, bu bir daha Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllindən qaçmasını göstərəcək. O, hər dəfə olduğu kimi bir bəhanə gətirəcək. Bu bir neçə dəfə olub. Ermənistan hakimiyyətinin bu kimi adımları onun ikiüzlülüyünü göstərir. Əgər o sammitə getmirsə, deməli qorxur, getmirsə, deməli sözünün üstündə dura bilmir. Hər dəfə nəsə söz verir, daha sonra sözündən çəkinir. Çox belə danışıqlar olub. Sonradan fikirlərindən yayınıb”, - deyə Bayram Səfərov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar