Sarkisyanın iqamətgahı qarşısında aksiya
24 Sentyabr 2009 Cümə Axşamı 14:25
“Şuşa” batalyonunun keçmiş komandiri: “Torpaqları qaytaran – satqındır”
Bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilib. Aksiya “Miasum” milli təşəbbüsü tərəfindən təşkil edilib. Iştirakçılar Madrid prinsiplərinin və Ermənistan –Türkiyə protokollarının əleyhinə olqularını bildiriblər. Bu barədə aksiya iştirakçılarından biri, “Şuşa” batalyonunun keçmiş komandiri Jirar Sefilyan bildirib. O həmçinin deyib ki, belə tədbirlər mütəmadi xarakter daşıyacaq. J. Sefilyanın sözlərinə görə, aksiyalarda konkret tələblər irəli sürülməsə də “Torpaqları qaytaran – satqındır” şüarı səslənəcək.
DOSTLARINLA PAYLAŞ: