Sarkisyan 9 yaşlı azərbaycanlını öldürməsini inkar edib
16 Mart 2011 Çərşənbə 15:49
Serj Sarkisyan: "Belə bir addım erməni əsgərinin simasına ziddir"
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan prezidenti Serj Sarksiyanla görüşüb. ANS PRESS "Novosti Armeniya" agentliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində atılacaq addımları müzakirə ediblər. Ermənistan prezidenti danışıqları Soçidə dövlət başçılarının əldə etdikləri razılıq çərçivəsində davam etdirməyə hazır olduqlarını bildirib.

Serj Sarkisyan 9 yaşlı azərbaycanlı uşağın qoşunlaırn təmas xəttində snayperdən açılan güllə nəticəsində öldürülməsinə toxunarkən bu faktı təkzib edib: “Mülki əhali, xüsusilə də uşaqlara qarşı atəş açmaq erməni əsgərinin mənəvi simasına ziddir. Belə bir ittihamın irəli sürülməsi olduqca mənasızdır, çünki bu, göstərilən ərazidə hətta texniki cəhətdən mümkün deyil”.

Qeyd edək ki, həmsədrlər səfər çərçivəsində Dağlıq Qarabağa son qiymətləndirici missiyanın yekun hesabatını Ermənistan prezidentinə təqdim ediblər.

Xatırladaq ki, Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Arzu oğlu Bədəlov martın 8-də həyətlərində olarkən erməni silahlı bölmələrinin snayperdən açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov xəstəxanaya aparılarkən keçinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar