Sami Yusuf İsrailin hərəkətindən şokdadır
01 İyun 2010 Çərşənbə Axşamı 10:35
Sami Yusuf: "Dualarımız 6 Flotila gəmisində həlak olan mələklərin ailələri ilə birlikdədir".
Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf İsrailin Qəzzaya yardım aparan gəmilərə hücum etməsinə münasibət bildirib. Sami Yusufun Azərbaycandakı internet səhifəsinin rəhbəri Fuad Babayevin ANS PRESS-ə göndərdiyi açıqlamada bildirilir ki, müğənni baş verənlərə görə tamamilə şokdadır:

"Biz hamımız baş verənlərə görə tamamilə şokdayıq. Mən başa düşə bilmirəm ki, bugünki günümüzdə və yaşımızda belə şeylər necə baş verə bilər? Şübhəsiz ki, heç bir PR sayı və media “hiylələri” bu zülmkarlığı nə düzəldə, nə də ki, doğrulda biləcək. Bütün bunlar daha çox nəticədə nifrətə gətirib çıxaran hüsran və hirsə səbəb olan inam yaradır. Təbii fəlakət və anarxiya. Bizim düşüncə və dualarımız 6 Flotila gəmisində həlak olan bütün mələklərin ailələri ilə birlikdədir. Onlar, hər gün alçaldıcı şəraitlərə dözən səssiz Fələstin qurbanlarına KÖMƏK olurdular. Qoy ALLAH bizlərə əladətin tərəfində olmağımız üçün güc versin və qoy o zalımların möhürlənmiş ürəklərini açsın.

Sami Yusuf". ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar