SAM-da media ilə bağlı dəyirmi masa keçiriləcək
30 İyun 2011 Cümə Axşamı 10:49
Dəyirmi masanın mövzusu “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” adlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) 4 iyul 2011-ci il tarixində “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək. SAM-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir. Dəyirmi masada aşağıdakı məsələlərə aydınlıq gətirilməsi və müəyyənləşdirilməsi nəzərdə tutulub:

Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər; Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri; Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri; Yeni media və milli təhlükəsizlik; Yeni mediaya ictimai nəzarət mexanizmləri; Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media “yeni vasitə” kimi; “Yeni media” və demokratiya. Söz və fikir azadlığının yeni media ilə bağlılığı; İctimai şüurun formalaşmasında yeni medianın təsiri; Sosial şəbəkələrin psixoloji aspektləri və informasiya ötürmə qabiliyyəti.

Tədbirdə bu sahədə çalışan təcrübəli ekspertlər, ənənəvi və yeni media təmsilçiləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar