SAM-da "Gənclər təşkilatları 15 ildə” mövzusunda debat keçiriləcək
17 İyun 2011 Cümə 11:27
Debatda ölkənin fəal və aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 18 iyunda SAM-da “Gənclərin ictimai fəallığı. Gənclər təşkilatları 15 ildə: nailiyyətlər, inkişaf və perspektivlər” mövzusunda növbəti debat keçiriləcək. SAM-dan ANS PRESS-ə verilən məlumata görə, debatda gənclər təşkilatlarının Azərbaycanda yaranma tarixi, formalaşma dövrü, onların fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, gənclərə təqdim etdikləri xidmətlər, layihələr və onların gənclərin inkişafına təsiri, gənclər təşkilatlarının liderləri, gənclərin ictimai həyatında iştirakı və s. bu kimi mövzular ətrafında müzakirələr aparılacaqıdr. Debatlarda ölkənin fəal və aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər.
Tədbirə ekspert qismində millət vəkilləri Fuad Muradov və Ceyhun Osmanlı, Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev, “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədri Vüqar Yaqublu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı dəvət olunmuşlar.
Debatda Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin ictimai fəallığı. Gənclər təşkilatları 15 ildə: nailiyyətlər, inkişaf və perspektivlər” mövzusunda hazırlanmış tədqimat müzakirə üçün təqdim ediləcəkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: