Şahdağ turizm kompleksinin ərazisindəki evlər köçürülüb
11 Yanvar 2012 Çərşənbə 16:35
Evlər başqa əraziyə köçürülüb.
Qusar rayonunda inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikinti sahəsinə düşən Kuzun kənd sakinlərinin evləri başqa əraziyə köçürülüb. Rayon icra hakimiyyətindən bildiriblər ki, kompleksin tikintisi zamanı əraziyə düşən evlərin əvəzinə müasir standartlara cavab verən yeniləri inşa olunub. Artıq 18 ailə həmin evlərdə yerləşdirilib. Daha 6 ailə isə yaxın zamanlarda köçürüləcək.

Kompleksin tikintisinə 2009-cu ilin sentyabrından başlanıb. Burada süni qar hazırlama məntəqələri, uzun məsafəli kanatlar, dağ-xizək yolları, həmçinin otel və s. turizm obyektləri inşa olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar