Şahbaz Quliyevdən xəbər var
16 İyul 2014 Çərşənbə 10:55
Beynəlxalq Qırmızı Xaç Komitəsi Kəlbəcərdə girov götürülən Şahbaz Quliyevin vəziyyəti ilə maraqlanır.
Şahbaz Quliyevin gözünün çıxarılması barədə deyilənlərin nə qədər doğru olması barədə ANS PRESS-in suallarını cavablandıran Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, hazırda qurum öz xətti ilə araşdırma aparır və ermənilər tərəfindən ona qarşı fiziki xəsarət yetirib-yetirilməməsini öyrənir.

Qeyd edən ki, dünən erməni mətbuatında Şahbaz Quliyevin gözlərinin çıxarılması barədə xəbər yayılmışdı.

Mülki şəxs olan 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev qohumlarının məzarını ziyarət etmək üçün getdiyi Kəlbəcər rayonunda işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar