Sabir Vəliyev: "Daşqınlar 60 min hektar sahəyə ziyan vurub"
12 İyun 2010 Şənbə 12:30
Sabir Vəliyev: "Daşqınlar 60 min hektar sahəyə ziyan vurub". Onun sözlərinə görə, sahələrin yalnız cüzi hissəsini bərpa etmək mümkün olacaq.
Kür və Araz çaylarında baş verən daşqınlar 60 min hekatara yaxın əkin sahəsinə ziyan vurub. Kənd Təsərrüfatı Nazirliyinin ilkin məlumatlarına görə, ən çox ziyan yonca və taxıl sahələrinə dəyib. 23 min hektar yonca, 26,2 min hektar payızlıq buğda və arpa sahəsi sel suları altında qalıb.

Bundan başqa, pambıq, şəkər çuğunduru, tərəvəz, kartof sahələri də təbii fəlakətdən ziyan çəkib. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, ərazidən su gec çəkildiyindən, bostan və tərəvəz sahələrinin cüzi hissəsini bərpa etmək mümkün olacaq.

Onun sözlərinə görə, dəymiş ziyan və əkin sahələrinin yenidən bərpasına görə ödəniləcək kompensasiyanın müəyyən edilməsiylə bağlı təkliflər hazırlanır: “Kompensasiyanın məbləği əkilən bitki növünə və rayonların torpaq- iqlim şraitinə əsasən hesablanacaq və ziyan çəkmiş hər kəsə ödəniləcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar