Sabahdan Rusiyadakı azərbaycanlılar imtahan verəcək
02 Dekabr 2012 Bazar 15:44
Qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilir.
Rusiyada əmək miqrantları haqqında yeni qanuna əsasən sabahdan başlayaraq burada yaşayan miqrantlar rus dilindən imtahan verməyə məcbur olacaqlar. Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi İlqar Hacıyevin ANS-ə verdiyi məlumata görə, bu qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilir. Rusiyada yaşayan soydaşlarımız da imtahanlarda iştirak edəcəklər.
Xatirladaq ki, Rusiya Federasiya Şurası oktyabrın 31-də əmək miqrantları haqqında yeni qanun layihəsini təsdiq edib.