Sabah türk dünyasının diqqəti Parisə yönələcək
27 Fevral 2012 Bazar Ertəsi 19:18
Fransa Konstitusiya Şurası “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı qərarını açıqlayacaq.
Sabah Fransa Konstitusiya Şurasının uydurma “erməni soyqırım”ını inkar edənlərə qarşı cəza tətbiq olunmasını nəzərdə tutan qanunla bağlı qərarını açıqlayacağı gözlənilir. APA-nın Avropa bürosunun aldığı ilkin məlumata görə, Konstitusiya Şurasının bu qanunun əleyhinə qərar qəbul etməsi ehtimalı daha yüksəkdir.
Xatırladaq ki, Milli Assambleya və Senat tərəfindən qəbul olunan qanunun ləğvi üçün yanvarın 30-da Senatının 77 və Milli Assambleyanın 65 üzvü Konstitusiya Şurasına müraciət edib.
DOSTLARINLA PAYLAŞ: