Sabah Rafiq Həsənov Azərbaycana qaytarılacaq
06 Aprel 2010 Çərşənbə Axşamı 14:15
Sabah Rafiq Həsənov Azərbaycana qaytarılacaq. Əməliyyat Erasxavan-Sədərək sahəsində həyata keçiriləcək.
Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov sabah Azərbaycana qaytarılacaq. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hərbi əsirin sabah saat 12.00-da Ermənistan-Azərbaycan sərhədinin Erasxavan-Sədərək sahəsində Azərbaycana tərəfinə təhvil veriləcəyini bildirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: