Sabah ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
22 İyun 2011 Çərşənbə 11:12
Monitorinqin Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətində keçirilməsi planlaşdırılır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar