Saakaşvili Rusiyada hakimiyyətin dəyişməsini gözləyir
18 Fevral 2010 Cümə Axşamı 10:25
Saakaşvili məhz bundan sonra Moskva ilə anlaşmaya hazır olduğunu dilə gətirib
Gürcüstan prezidenti Mixail Saakaşvili Londonun Chatham House Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Rusiyanı kəskin tənqid edib. O, rəsmi Tiflisin “Nabukko” layihəsində iştirakda maraqlı olduğunu, lakin Moskvanın bu məsələdə mənfi davranış nümayiş etdirdiyini bildirib. Gürcüstan prezidenti Moskvanı imperialist siyasət yürütməkdə ittiham edib.
“Hələ ötən il Berlin divarının yıxılmasının 20 illiyini qeyd etdik, amma Rusiya indi Gürcüstana qarşı belə bir divar hörmək niyyətindədir. Rusiya ilə bir uzlaşma mümkündürmü? Biz anlaşmaya sıfırdan başlamağa hazırıq, lakin bunun üçün Rusiyadakı hökumətin dəyişməsi lazımdır", deyə Saakaşvili bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: