S-300 komplekslərinin satışına qadağa qoyulması ilə bağlı xəbər yalan çıxdı
05 Mart 2013 Çərşənbə Axşamı 19:58
Rosoboroneksport: Azərbaycanın sifariş verdiyi komplekslər artıq Bakıya çatdırılıb.
Rusiya və Azərbaycan arasında silah və hərbi texnikaların alğı-satqısına dair müqavilələr üzrə çatdırılmalar gecikmə olmadan yerinə yetirilir. Bu barədə APA-ya Rusiyanın “Rosoboroneksport” şirkətindən məlumat verilib. Məlumatda “Rosoboroneksport”un Azərbaycanı MDB məkanında özünün ən mühüm müştərilərindən biri kimi gördüyü qeyd olunub. Şirkətdən bildirilib ki, Azərbaycanın maddi imkanları hazırda ən müasir silah və texnikaları əldə etməyə imkan verir: “Son illərdə Azərbaycan və Rusiya arasında bir neçə mühüm müqavilələr imzalanıb. Bura aviasiya, həmçinin quru nəqliyyat vasitələri və döyüş maşınlarının çatdırılması kimi müxtəlif sifarişlər daxildir. Hazırda həmin müqavilələrin icrası qrafik üzrə davam etdirilir”.

“Rosobroneksport”dan Rusiya dövlət rəhbərliyi tərəfindən Azərbaycana S-300 kompleksinin satışına qadağa qoyulması barədə son vaxtlar mətbuatda gedən məlumatın həqiqətə uyğun olmadığı da vurğulanıb, Azərbaycanın sifariş verdiyi komplekslərin artıq Bakıya çatdırıldığı qeyd olunub.

“İki ölkə arasında istənilən silah sisteminin alğı-satqısında, yaxud müqavilənin icrasında heç bir problem yoxdur”, - deyə şirkətdən bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar