Ruslar ölüm hökmünun həsrətindədir
01 Fevral 2010 Bazar Ertəsi 20:20
Rusiya vətəndaşlarının 73 faizi ölüm hökmünün tətbiq edilməsinin tərəfdarıdır
Bu günlərdə aparılan sorğunun yekununda Rusiyada təkrarən ölüm hökmünün tətbiq edilməsi məsələsinin rusların əksəriyyətini - 73 faizini ilgiləndirdiyi məlum olub. Bunu ilk növbədə paytaxt sakinləri (82 faiz) və aztəminatlı şəxslər (76 faiz) mühüm hesab edir. Buna baxmayaraq hər beşinci respondent (20 faiz) bu problemə əhəmiyyət vermədiyini bildirib.

Bu mövzuya laqeyd qalanlar əsasən, kiçik şəhərlərin sakinləri (24 faiz) və təminatlı şəxslər (26 faiz) olub.

Sorğunun nəticələrindən belə qənaətə gəlinib ki, rusların əksəriyyəti ölkədə ölüm hökmünün tətbiq edilməsinin tərəfdarıdır.

İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi tərəfindən 2010-cu il 23-24 yanvar tarixlərində Rusiyanın 42 vilayət, bölgə və respublikasının 140 yaşayış məntəqəsində 1600 adam arasında sorğu aparılıb.

Xatırladaq ki, Rusiya Federasiyasında sonuncu dəfə ölüm hökmü 1996-cı ildə tətbiq edilib. 2009-cu il 19 noyabr tarixində isə Rusiya Konstitusiya Məhkəməsinin çıxardığı qərara əsasən, ölkədə heç bir məhkəmə ölüm hökmü tətbiq edə bilməz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar