Rusiyanın hərbi bazasındakı artıq silah və texnika Ermənistana ötürüləcək
22 İyun 2011 Çərşənbə 10:57
Bu barədə Rusiya Müdafiə Nazirliyinin MDB dövlətləri ilə hərbi əməkdaşlıq idarəsinin rəisi Andrey Qusev bildirib.
Rusiya Federasiyasının (RF) Ermənistanda yerləşdirilən hərbi bazası komplektləşdirmənin briqada sisteminə köçürülüb. ANS PRESS Rusiyanın "Vzqlyad" qəzetinə istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyinin MDB dövlətləri ilə hərbi əməkdaşlıq idarəsinin rəisi, polkovnik Andrey Qusev müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistanda yerləşdirilən 102-ci Rusiya hərbi bazasının yenidən təşkil edilməsi onun hissələrinin döyüş hazırlığına təsir etməyib.

"Ermənistandakı Rusiya hərbi bazası briqada sisteminə keçib. İndi onun tərkibi 4 min 245 nəfər təşkil edir, onlardan 370 - hərbi qulluqçular və 500 nəfəri - mülki mütəxəssisləridirlər", - deyə A.Qusev respublikada yerləşdirilmiş Rusiya hərbi bazası haqqında Rusiya və Ermənistan arasında protokolun təsdiqi haqqında federal qanununu nəzərdən keçirən senatorlara bildirib

Maraqlısı idə budur ki, senatorların artıq silah və hərbi texnikanın hara yerləşdiriləcəyi sualına Müdafiə Nazirliyinin nümayəndəsi cavab verib ki, onlar pulsuz əsasda Ermənistanın silahlı qüvvələrinə ötürüləcəklər.

Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin rəhbəri Viktor Ozerov qeyd edib ki, protokolun təsdiqi Rusiya və Ermənistan arasında hərbi-siyasi əməkdaşlığın gələcəkdə möhkəmlənməsində imkan yaradacaq və o, Rusiya maraqlarına cavab verir.

"Bizim komitəmiz Federasiya Şurasına " Dövlət duması tərəfindən qəbul edilmiş 16 mart 1995-ci il tarixli respublika ərazisində Rusiya hərbi bazası haqqında müqaviləyə dəyişikliklərin daxil edilməsi haqqında Rusiya Federasiyası və Ermənistan arasında protokolun təsdiqi haqqında" federal qanunu bəyənməyi tövsiyə edib, ", - deyə o bildirib.

Rusiya hərbi bazası Moskva və Yerevan arasında 1995-ci il tarixli ikitərəfli müqaviləyə əsasən Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Ermənistanda yerləşdirilən Rusiya hərbi bazası haqqında protokol növbəti 5 illik dövrə avtomatik uzadılma ilə onun respublikada 25 ildən 49 ilə qədər qalmasını nəzərdə tutur. Baza sülhməramlı məqsədlərin icrası və iki ölkənin qoşunlarının birləşdirilmiş qruplaşması tərkibində Ermənistanın Silahlı qüvvələri ilə birgə kənardan mümkün təcavüzdən qorunmaq üçün qüvvə qismində hərəkət üçün nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar