Rusiyalı politoloqdan müharibə proqnozu
06 Avqust 2014 Çərşənbə 11:08
Rusiyalı politoloq: Dağlıq Qarabağda müharibə qaçılmazdır. Gec-tez bu baş verəcək.
"Dağlıq Qarabağda müharibə qaçılmazdır. Gec-tez bu baş verəcək. Cəbhədəki son hadisələr bir daha onu göstərdi ki, istənilən an müharibə başlaya bilər".

ANS PRESS-in məlumatına görə, bunu rusiyalı politoloq Aleksandr Xramçixin Azərbaycan-Ermənistamn sərhədində son vaxtlar gedən döyüşləri şərh edərkən bildirib.

O, bildirib ki, hazırda Dağlıq Qarabağ ətrafında baş verənlər haqqında dəqiq, konkret fikir söyləmək çox çətindir.
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə planlaşdırılan görüşü konkret nəticə verməyəcək.

Qeyd edək ki, avqustun 8-9-da Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar