Rusiyalı politoloq: “ABŞ İranı işğal edəcəyi təqdirdə Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytar
17 Yanvar 2012 Çərşənbə Axşamı 15:18
“İranın işğalı Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək”.
“ABŞ-ın İranı işğal etməsi Rusiya Federasiyasının süqutu ilə nəticələnəcək”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə rusiyalı politoloq, Müasir İran Tədqiqat Mərkəzinin baş direktoru Rəcəb Səfərov verib.
Onun sözlərinə görə, İranın Avropa Birliyinin əlinə keçəcəyi təqdirdə Orta Asiyada avtomatik olaraq ABŞ-ın dominantlığı hökm sürəcək: “Eyni ilə Xəzər regionunda ABŞ hegemonluq etməyə başlayacaq. Bu Rusiyanın partnyorlarını itirməsi deməkdir. Cənubi Qafqaz ölkələrindən Azərbaycan da Qərbə istiqamətlənəcək və NATO-ya üzv qəbul olunacaq. Ermənistan işğal altında olan Dağlıq Qarabağı Azərbaycana qaytaracaq və o da NATO-ya üzv qəbul olunacaq”.
Politoloq Rusiyanın İran ətrafında baş verən proseslərə sakit yanaşmamalı olduğunu söyləyib: “ABŞ-ın məqsədi İranın enerji resurslarını ələ keçirməkdir. Bu həm də Rusiya qarşı bir hədədir. Ona görə də Rusiya dərhal İrana hərbi sahədə kömək etməli, S-300 və S-400 raketlərini İrana verməlidir. Bu gün İran ətrafında baş verən prosesləri ancaq Rusiya və Çinin birgə mövqeyi həll edə bilər. İran bu problemin öhdəsindən tək gələ bilməyəcək”.
DOSTLARINLA PAYLAŞ: