Rusiyalı politoloq: “2011-ci il Dağlıq Qarabağ üçün yaxşı heç nə vəd etmir”
25 Yanvar 2011 Çərşənbə Axşamı 03:05
Rusiyalı politoloq: “Aydan-aya Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ehtimalı artır”.
Aydan-aya Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ehtimalı artır. Bunu NEWS.am saytına açıqlamasında Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya şöbəsinin işçi qrupunun əlaqələndiricisi, tarix elmləri namizədi Aleksandr Skakov deyib. Onun sözlərinə görə, bu proqnozun reallağını bir sıra faktorlar sübut edir.

Politoloq bildirib ki, ötən il Azərbaycanda hərbi bəyanatlar intensivləşib, dünya ictimaiyyəti isə susur. Onun sözlərinə görə, bölgədə marağı olan ölkələr hərbi əməliyyatların başlaması ssenarisinə mane olmaq arzusunda deyillər. Bununla belə, Aleksandr Skakovun fikrincə, yayadək müharibənin başlayacağını gözləməyə dəyməz.

Politoloq hesab edir ki, Ermənistan hərbi əməliyyatların bərpasından qaçmaq üçün ilk nöbədə beynəlxalq müstəvidə əlaqələrini fəallaşdırmalıdır. Rəsmi İrəvan bölgədə marağı olan ölkələrdən Dağlıq Qarabağda hərbi əməliyyatların olmayacağına təminat almağa çalışmalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar