Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycana avtoyürüş olacaq. ANS PRESS-in məlumatına görə, yürüş iyul ayının 19-da başlayacaq. Yürüş iştirakçıları Moskva, Tambov, Volqoqrad, Həştərxan, Bakıdan keçməklə Mingəçevirə yollanacaqlar. Avtoyürüşdə 100-ə yaxın adamın olacağı 20-dən artıq avtomobilin iştirakı gözlənilir. "Dosluq avtoyürüşü"nün iştirakçılarının iyulun 23-24-də Azərbaycana çatacağı gözlənilir. Yürüşü Rusiya, Azərbaycan və Belarusdan olan mətbuat nümayəndələri izləyəcəklər.
Qeyd edək ki, yürüş iştirakçıları əsasən nə vaxt isə Mingəçevirdə yaşayanlar olacaq. Yürüşün məqsədi Azərbaycan tarixi, mədəniyyəti ilə tanış olmaqdır./ANS PRESS/