Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib
21 Mart 2013 Cümə Axşamı 16:17
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunub.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə keçirdiyi aksiya çərçivəsində Rusiyanın aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilib.
Xilaskar İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr paylanıb.