Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya olunacaq
18 Mart 2010 Cümə Axşamı 17:20
Keçmiş bank rəhbəri Fərid Ramiz oğlu Quliyev 357 min dollar oğurlamaqda təqsirləndirilir.
Rusiyanın Udmurt Muxtar Respublikasında beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb. “İnterfaks”ın yaydığı məlumata görə, saxlanılan şəxs Azərbaycanda kommersiya banklarından birinin İdarə heyətinin sədri olarkən 357 min dollar məbləğində vəsait oğurlamaqda təqsirli bilinir.
Rusiya Federasiyası Prokurorluğunun apardığı ekstradisiya yoxlamalarından sonra saxlanılan Fərid Ramiz oğlu Quliyevin Azərbaycan Respublikası Prokurorluğuna təhvil verilməsi barədə qərar qəbul edilib.
Fərid Quliyev Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılmış 400 min dollar məbləğində vəsaitin 357 min dollarını oğurlamaqda təqsirləndirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: