Rusiyada 3 məmuru güllələyən azərbaycanlının şəxsiyyəti açıqlandı
20 Oktyabr 2012 Şənbə 11:44
Həsən isgəndərov məhkəmə qərarını icra etmədiyi bilirilir
Rusiya Federasiyasının Surqut şəhərində azərbaycanlı iş adamının 3 yerli məmuru güllələməsi ilə əlaqədar "Vahid Rusiya" təşkilanın konfransı təxirə salınıb. Bu arada qətllə bağlı yeni təfərrüatlar bəlli olub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisəni törədən 1977-ci il təvəllüdlü Şahin İsgəndərovdur. O, Surqutda 1985-ci ildən yaşayır.

Şəhər meri Dmitri Popovun sözlərinə görə, bu məsələyə milliyətçilik tərəfdən baxmaq lazım deyil. "Bu hadisənin günahkarı ata və oğuldur. Onlar Surquta dünən gəlməyiblər. Azərbaycanlı olsalar da Rusiya Federasiyasının vətəndaşlarıdırlar".

Məlumata görə, şübhəli şəxsin atası, iş adamı Həsən İsgəndərov 2004-cü ildə Geologiya küçəsində torpaq sahəsi icarəyə götürüb və orda şin montajı emalatxanası tikib. 2009-cu ildə icarə müddəti bitsədə, İsgəndərov ərazini boşaltmaqdan imtina edib. Şəhər Admnistrasiyası məhkəməyə müraciət edib və idarənin xeyrinə qərar qəbul edilib. İş adamı isə 3 il məhkəmə qərarını icra etməyib.

Ötən gün səhər saatlarında Surqut şəhər admnistarasiyasının 3 əməkdaşı qərarın icrası üçün adıçəkilən əraziyə gəliblər. Bundan sonra isə H.İsgəndərovun oğlu onları güllələyib.
Saxlanılan şəxsin psixi vəziyyətinin yoxlanılması üçün ekspertiza təyin ediləcək.

Qeyd edək ki, Yerli Azərbaycan diasporasından bildiriblər ki, məmurlar iş adamından 400 min rubl rüşvət tələb ediblər və ailə bu məbləği toplaya bilməyib. Onlar problemin həlli üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət etsələr də, buna məhəl qoyan olmayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar