Rusiya: "Xankəndidə hava limanının açılması beynəlxalq hüquq çərçivəsində olmalıdır"
16 Aprel 2011 Şənbə 15:46
Vladimir Doroxin: "Artıq bu məsələ ilə bağlı bütün cavablar deyilib”.
“Xankəndidə hər hansı bir hava limanının fəaliyyəti beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir”. ANS PRESS-nin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tikilmiş hava limanına münasibət bildirirəkən belə deyib .
“Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələyə münasibət bildirib. Artıq bu məsələ ilə bağlı bütün cavablar deyilib”, deyə rusiyalı diplomat əlavə edib.
Xatırladaq ki, Azərbaycanın ermənilər tərəfindən işğal altında olan ərazilərində inşa olunan aeroportun açılışı mayın 9-na planlaşdırılır. Rəsmi Bakı bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.
Xankəndi aeroportu 1975-ci ildə inşa edilib və 31,6 hektar ərazisi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: