Rusiya və İtaliya XİN müavinləri Qarabağdan danışıb
11 Mart 2011 Cümə 10:36
Ötən gün Qriqori Karasinlə Alfredo Mantiko məsələ ətrafında fikir mübadiləsi aparıb
Dağlıq Qarabağ münaqişəsi Rusiya və İtaliya xarici işlər nazirlərinin müavinlərinin müzakirə obyekti olub. ANS PRESS-in Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən gün Qriqori Karasinlə Alfredo Mantiko birgə görüş keçirib.
Tərəflər görüşdə daha sonra bir sıra beynəlxalq məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Qafqazda stabillik və təhlükəsizlik məsələləri üzrə beynəlxalq müzakirələrin beşinci raundunun nəticələri, eləcə də Belarusdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
DOSTLARINLA PAYLAŞ: