Rusiya: Suriyada Liviya ssenarisinin təkrarlanmasına imkan verməyəcəyik
20 İyun 2011 Bazar Ertəsi 16:36
Sergey Lavrov Suriya müxalifətini hökumətlə dialoqa çağırıb.
Dünya ictimaiyyəti sərt tədbirlər görməmiş, Suriyada münaqişə tərəfləri dialoqa girməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Bizi narahat edən odur ki, bu yaxınlarda Suriya müxalifəti Türkiyənin Antalya şəhərində görüş keçirərkən Suriya hökuməti ilə heç bir danışıqlara getməyəcəyini bəyan edib. Bu, pis mövqedir, bu mövqe vəziyyətin sakitləşdirilməsi vəzifəsinə tamamailə ziddir." - Rusiyanın xarici işlər naziri belə deyib.

Rusiyanın xarici işlər naziri iyunun 27-də Moskvada Suriya müxalifəti ilə görüşdə ev sahibi Suriya müxalifətini öz ölkələrinin taleyinə görə məsuliyyət payını yerinə yetirməyə və islahatlara cavab verməyə çağıracaq. Sergey Lavrov qeyd edib ki, istənilən münaqişədə heç kimi təcrid etmək lazım deyil, hadisələrin bütün iştirakçıları üçün qapıları açıq saxlamaq lazımdır: "Biz Liviyada baş verənlərlə bağlı bu mövqedəyik, Suriyada baş verənlərlə də bağlı belə hərəkət edəcəyik, hər şeydən əvvəl, müxalifət də daxil heç kimi istisna etməmək prinsipinə əsaslanarsaq. Müxalifəti dialoqa getməyə və dünya ictimaiyyətinin məsələnin həllinə müdaxilə etməsini güdən təxribatlara uymamağa çağırırıq".

Sergey Lavrov həmçinin bildirib ki, Moskva Suriyada Liviya ssennarisinin təkarlanmasına yol verməmək üçün əlindən gələni edəcək. Lavrov ABŞ-ın dövlət katibi Hillari Klintonla telefon danışığı və Avropalı müttəfiqləri ilə müzakirələrdən də belə nəticəyə gəlib ki, Suriyada da Liviyadakı vəziyyəti yaratmaq istəyənlərə uymaq yolverilməzdir.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar