Rusiya şirkəti Ermənistandan Dağlıq Qarabağa dəmir yolu çəkməkdən imtina etdi
25 Dekabr 2009 Cümə 00:10
“Cənub-Qafqaz dəmir yolları” QSC: “Bu gün belə zərurət yoxdur və ən azı yaxın on ildə olmayacaq”
Rusiyanın “Cənub-Qafqaz dəmir yolları” şirkəti Ermənistan və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi arasında dəmir yolu xəttinin çəkilməsinə ehtiyac görmür. Bunu şirkətin baş direktoru Şevket Şaydullin deyib. O rəsmi İrəvanın Dağlıq Qarabağla dəmir yolu əlaqəsinin yaradılması ilə bağlı istəyini belə cavablandırıb: “Mən siyasətçi deyiləm, dəmiryoluçuyam. Əgər məntiqi cəhətdən yanaşsaq, İrana yolun çəkilməsi və Avropa-Qafqaz-Asiya dəhlizinin işlə salınması yolun ixtisarını tələb edir. Lakin bu gün belə zərurət yoxdur və ən azı yaxın on ildə olmayacaq”.

Qeyd edək ki, “Cənub-Qafqaz dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti (Yujno-Kavkazskaya jeleznaya doroqa) “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin törəməsidir. Ermənistanın dəmir yolları isə 30 illiyə Cənub-Qafqaz dəmir yolları” QSC-nin idarəetməsinə verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar