Rusiya səfirinin azərbaycanlılara müraciəti
17 Dekabr 2010 Cümə 19:35
Vladimir Doroxin: "Rusiyada yaşayan azərbaycanlılar hansısa macəranın dalınca qaçmır"
Moskva meri Serqey Sobyaninin Şəhərdaxili İşlər İdarəsinə yaxın vaxtlarda şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verib. Moskva meriyasının fövqəladə iclasında Sobyanin bildirib ki, yaxın vaxtlarda təxribat və icazəsiz mitinq keçirmək cəhdlərinin olacağına dair siqnallar verildiyi üçün bu tədbirlər vacibdir. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin məlumatına görə, bu həftəsonu Moskvada “Ostankino” telemərkəzi və Kiyevski vağzal meydanında azı 2 icazəsiz mitinq keçirilə bilər. Moskva milisi pasport rejimini də gücləndirib. Bundan başqa, cinayət axtarışı əməkdaşları radikal istiqamətli gənc qruplaşmalar arasında operativ tədbirlər görür. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə ANS-ə müsahibəsində baş verənlərin xüsusi qüvvələr tərəfindən təşkil olunduğunu və məsələnin ciddi araşdırlmasına ehtiyac olduğunu bildirib.

“Xoşagəlməz hadisələr baş verib. İxtişaşlar olub, bunları araşdırmaq lazımdır. Mən hesab edirəm ki, hadisələrin baş vermə səbəbini ayrı-ayrılıqda fanatların, qafqazlıların üzərinə, internetdə iki düyməni basıb əhalinin küçələrə çıxmasına səbəb olan hansısa siyasi təxribatçının üzərinə atmaq çox sadə yanaşma olar və ya demək ki, bu, federal təhlükəsizlik xidmətinin işidir. Hüquq-mühafizə orqanları başı pozuq fəaliyyət göstərib, bu da düzgün deyil. Məncə, baş verənlər ciddi araşdırılmalıdır. Bizim ölkə gəncdir, çox çətin siyasi vəziyyətdə təşəkkül tapıb. Bizim xeyli sayda iqtisadi və sosial çətinliklərimiz var, bu bizə bir siqnaldır, bir dərsdir. Azərbaycanlılara üzümü tutub demək istəyirəm ki, baş verənlər bizim hökumət tərəfindən çox ciddi qəbul olunub. Hakimiyyətin ali üzvləri, ictimaiyyət və hadisələri düzgün təhlil edən vətəndaşlarımız tərəfindən narahatlıqla qarşılanır”,- deyə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, bu hadisələri Azərbaycanda da narahatlıqla qarşılandığını müşahidə edib. Bunun normal olduğunu deyən diplomat qeyd edib ki, Rusiyada böyük Azərbaycan diasporu var və rəsmi Moskva azərbaycanlılara qarşı hansısa təxribatların olmamasını arzulayır: “Əldə etdiyim məlumatlara görə, iğtişaşlar və qarşıdurmalar zamanı azərbaycanlılar ciddi xəsarət almayıb. Mən buna təəccüblənmədim, çünki Rusiyada sayı yüz minlərlə olan azərbaycanlılar kifayət qədər özlərini təmkinli aparır. Qanuna zidd heç bir addım atmırlar və hansısa macəranın dalınca qaçmırlar. Əksinə, çalışırlar öz işlərini, öz missiyalarını layiqincə yerinə yetirsinlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar