Rusiya Qəddafini "arzu olunmaz şəxs" elan etdi
14 Mart 2011 Bazar Ertəsi 15:20
Bununla bağlı Dmitri Medvedev fərman imzalayıb
Liviya lideri Müəmmar Qəddafi, onun əhatəsində olanlara və yaxınlarına Rusiya ərazisinə giriş və ya tranzit yolu ilə bu ölkənin ərazisindən keçmək qadağan edilib. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Rusiya dövlət başçısı Dmitri Medvedev fərman imzalayıb.
Bu qanuna əsasən, Qəddafinin qızı Aişa, onun 7 oğlu, eləcə də Liviyanın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Mutassim Qəddafi, xüsusi dəstələrin komandiri Səədi Qəddafi, Qəddafi fondunun direktoru Seyf əl-İslam Qəddafi həmin siyahıya daxil olunub. Bu siyahıya bir sıra digər liviyalı rəsmilərin adları daxil edilib. Hesab edilir ki, adları çəkilən həmin şəxslər keçmişdə və ya hazırda müxalifətin askiyalarına təzyiq göstəriblər.
Bundan başqa, Müəmmar Qəddafi və onun övladlarına Rusiya ərazisində pul əməliyyatı aparmaq, maliyyə aktivləri və iqtisadi resurslardan istifadə etmək qadağan edilib.
DOSTLARINLA PAYLAŞ: