Rusiya Qəbələ RLS üçün Azərbaycana ödədiyi pulu açıqladı
17 İyun 2011 Cümə 14:57
Bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin məlumat verib.
Rusiya və Azərbaycan, "Qəbələ radiolokasiya stansiyasının icarəsi üzrə razılaşmanın şərtlərini müasirləşdirmək" üçün danışıqlar aparır. Bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
"Sovet dövründə tikilmiş və əhəmiyyətli hərbi obyekt olan Qəbələ RLS-ə gəlincə, Rusiya Federasiyası icarə üçün 10 milyon dollar (ildə) ödəyirdi", - deyə Q.Karasin Dövlət Dumasının deputatlarının suallarına cavab verərək bildirib.
Onun sözlərinə görə, "bu gün belə desək, icarə şərtlərini müasirləşdirmək üçün danışıqlar aparılır.
Daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarə müddətini uzatmaqda maraqlı olması və beynəlxalq gərginliyin çoxalması şəraitində stansiyanın əhəmiyyətinin artması bu RLS üzrə sazişin şərtlərinə yenidən baxılmasını zəruri edir.
Qəbələ RLS Rusiyanın RƏM sisteminin əhəmiyyətli elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri haqqında erkən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ildə başa çatır.
Rusiya daha əvvəl ABŞ-a inşası Çexiyada ABŞ RƏM üçüncü strateji mövqe rayonu çərçivəsində planlaşdırılan RLS-in əvəzinə cənub istiqamətinin nəzarəti üçün Qəbələdə radarı birgə istifadə etməyi təklif edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: