Rusiya Qəbələ RLS-nin icarə müddətini 2025-ci ilədək artırmaq niyyətindədir
18 Noyabr 2011 Cümə 12:31
Bu məsələ Anatoli Serdyukovla Səfər Əbiyevin ikitərəflli görüşündə müzakirə edilib.
Rusiya və Azərbaycan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə müddətini 2025-ci ilədək artıra bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məsələ Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə ikitərəfli görüşündə müzakirə edilib.
“Danışıqlarda Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilədək arırılması məsələsi müzakirə edilib. Bununla yanaşı MDB ölkələri müdafiə nazirlirinin 61-ci toplantısında Rusiya müadafiə naziri azərbaycanlı həmkarı ilə yanaşı Ermənistan, Tacikistan və Qazaxıstan müdafiə nazirləri ilə də görüşüb”, - deyə Rusiya müdafiə nazirinin mətbuat katibi İrina Kovalçuk bildirib.
İrina Kovalçuk müdafiə nazirlərinin görüşündə Rusiyanın Azərbaycan, Ermənistan və Qazaxıstanla 2012-ci ilədək hərbi sahədə əməkdaşlıq etməsinin razılaşdırdığını bildirib. Xatırladaq ki, Qəbələ RLS-in hazırki icarəmüddəti 2012-ci ildə başa çatır.
DOSTLARINLA PAYLAŞ: