Rusiya Qəbələ RLS-i ABŞ-la birgə işlədəcək?
17 Aprel 2012 Çərşənbə Axşamı 22:52
Hələlik Vaşinqtonun Moskvanın təklifinə hansı cavabı verəcəyi məlum deyil.
Qəbələ Radiolokasiya Stansiyasını Rusiya Birləşmiş Ştatlarla birlikdə işlədə bilər. Amma hələlik Amerikanın Rusiyanın bu təklifinə hansı cavabı verəcəyi məlum deyil.

“Rusiyanın Qəbələ RLS-i Birləşmiş Ştatlarla birgə işlətmək barədə təklifləri hələ də qüvvəsində qalır”. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bu təklifin Buş administrasiyası dövründə Rusiya prezidenti Vladimir Putin tərəfindən verildiyini, Obama administrasiyası dövründə də müzakirə olunduğunu xatırladıb.

“Təəssüflər olsun ki, Amerika tərəfi buna müsbət cavab verməyib. ABŞ və NATO Şərqi Avropada raket hücumundan müdafiə sistemləri qurmaq yolunu seçdi. Onlar bizsiz yol seçdilər, bu isə onların öz işidir. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, NATO, Birləşmiş Ştatlar və Rusiyanın birgə maraqları var. Bu maraqlardan biri də Qəbələ RLS-lə bağlıdır”, - deyə S. Ryabkov virğulayıb.

Qeyd edək ki, aprelin 3-də Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakı görüşündə Qəbələ RLS-in Rusiya tərəfindən icarəsi haqqında sazişin müddətinin uzadılması üzrə danışıqlar prosesinin sürətləndirilməsi məsələsinə toxunulub.

Bir müddət əvvəl Rusiya mətbuatı yazmışdı ki, Azərbaycan Qəbələ RLS-in icarə haqqının illik 7 milyon dollardan 300 milyon dollara qədər artırmağı təklif edib ki, bu da Moskvanın narazılığına səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar