Rusiya Qarabağ nizamlanmasında təminat olmaq istəyir
03 Mart 2011 Cümə Axşamı 20:46
Ənvər Əzimov: "Münaqişənin həllinin yekun variantının öhdəliyi Azərbaycan və Ermənistanın üzərinə düşür".
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas danışıqlar meydanı olaraq qalmalıdır. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da iştirak etdiyi ATƏT daimi şurasının iclasında çıxışı deyib.
Ənvər Əzimovun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi ardıcıl və dəyişməzdir: “Biz münaqişə tərəflərinə kənardan müdaxilənin əleyhinəyik. Bununla yanaşı hesab edirik ki, münaqişənin həllinin yekun variantının öhdəliyi Azərbaycan və Ermənistanın üzərinə düşür. Rusiya bütün tərəfləri qane edəcək həll variantını dəstəkləməyə hazırdır. Güzəştli razılaşma olacağı təqdirdə, münaqişənin tənzimlənməsinin təminatı kimi çıxış edəcək". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: