Rusiya Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişə ümid edir
24 İyul 2012 Çərşənbə Axşamı 17:52
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Ermənistana səfər edib.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə ümid edir. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Ermənistan Milli Elmlər Akademiyasında çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya münaqişənin süh yolu ilə nizamlanması və tərəflər üçün məqbul razılığın əldə edilməsi naminə vasitəçilik missiyasını davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar