Rusiya prezidenti regional strukturun yaradılmasını təklif edib
18 Noyabr 2010 Cümə Axşamı 21:20
Dmitri Medvedev: "Əldə edilən əlaqələrimizin səviyyəsi buna imkan verir".
Rusiya prezidenti Dmitri Medvedev Xəzəryanı dövlətlərin liderlərinə yeni regional strukturun yaradılmasını təklif edib.
“Əldə edilən əlaqlərin səviyyəsi daha effektiv işlərin yaradılması, o cümlədən regionda təhlükəsizliyin təminatı məsələsində də yeni formatların yaradılmasına imkan verir”,- deyə Rusiya lideri zirvə toplantısında çıxış edib.
Üç illik fasilənin Xəzəryanı dövətlərin xeyrinə olmadığını vurğulayan Medvedev bildirib ki, region dövlətləri nəinki mütəmadi görüşməli, hətta yeni sənədlər irəli sürməlidir: “Hansısa anda qarşılıqlı əlaqələrimizi zəiflətsək, əmin ola bilərsiniz ki, bizim məsələlərimizlə regiona aidiyyatı olmayan, lakin şəxsi iqtisadi və siyasi məqsədlərinin həll edilməsində maraqlı olan digər dövlətlər məğul olmaq istəyəcəklər”.
"Sizi əmin etmək istəyirəm ki, Xəzərin hüquqi statusuna dair konvensiyanın tezliklə qəbul olunmasına nail olmaq üçün biz sazişdə olan müddəaları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, beşlik əsas məsələnin həllinə daha da yaxınlaşıb. Bu dənizin milli xəttinin eninə doğru müəyyənləşdirilməsi ətrafında danışıqları yekunulaşdırmaq üçün hələ razılaşmalıyıq və bu istiqamətdə səylərimizi artırmalıyıq. Bu bizim qarşımıza qoyduğumuz məqsəddir və buna doğru daha tez irəliləməliyik. Digər tərəfdən birtərəfli addımlar balansı poza bilər, hətta konvensiyanın hazırlanması işini dayandıra bilər. Bu istiqamətdə hansı öhdəlikləri götürə biləcəyimizi düşünməliyik",- deyə Rusiya prezidenti bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: