Rusiya NATO-nun vacib tərəfdaşı olsa da...
20 Noyabr 2010 Şənbə 11:30
"Bu heç bir halda NATO-nun Gürcüstanın ərazi bütövlüyünə və ümumilikdə dəstəyinə təsir göstərmir"
"Rusiya NATO-nun vacib tərəfdaşı olsa da, bu heç bir halda NATO-nun Gürcüstanın ərazi bütövlüyünə və ümumilikdə dəstəyinə təsir göstərmir". NATO-nun sammitində iştrak edən Gürcüstan prezidenti Mixail Saakaşvili jurnalistlərə müsahibəsində belə deyib.

"Rusiya Qərbə, ümumilikdə Avropa Birliyinə və Amerika Birləşmiş Ştatlarına qarşı daha sivil olduqca, o öz qonşularına qarşı tamamilə sivil olmağı bacarmır. Ümid edirik ki, Rusiya yeni mərhələdə daha modern olacaq və beynəlxalq lahiyələrdə daha sivil olacaq və biz Rusiyanın bu qonşuluğundan xeyir görəcəyik. Bizim qonşular arasında ən yaxşı münasibətlərimiz var. Amma demək olar ki, Rusiyanın bütün qonşuları ilə problemləri var. Ümid edirik ki, Rusiya gələcəkdə müsbət rol oynayacaq", deyə Gürcüstan prezidenti qeyd edib.

"Rusiya həmişə NATO-nun vacib tərəfdaşı olub. Biz bunu bilirik, amma bu heç bir halda NATO-nun ərazi bütövlüyünə, Gürcüstana dəstəyini dəyişdirmir. NATO Parlament Assambleyası Rusiyanın Gürcüstandakı mövcudluğunu qeyri-qanuni hərbi işğal və etnik təmizləmə adlandırıb. İşğal nəticəsində Gürcüstanın işğal olunmuş ərazilərində yarım milyondan çox insan qaçqın düşüb", deyə Saakaşvili əlavə edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar