Rusiya NATO ile birge telim keçirecek
29 May 2013 Çərşənbə 05:43
Təlimlər hava məkanında əməkdaşlıq təşəbbüsü çərçivəsində gerçəkləşdiriləcək:
Bu ilin payızında Rusiya ilə NATO-nun Qara dənizdə hərbi təlimlər keçirəcək. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın NATO yanındakı daimi təmsilçisi Aleksandr Qruşko məlumat verib.
Onun sözlərinə görə, təlimlər hava məkanında əməkdaşlıq təşəbbüsü çərçivəsində gerçəkləşdiriləcək: "Rusiya –NATO bayrağı altında daha iri hərbi təlimə gəldikdə isə bu ilin payıında Qara dənizdə birgə hərbi manevrin keçirilməsi planlaşdırılıb”.
O bildirib ki, bu hava məkanında əməkdaşlıq təşəbbüsü çərçivəsində gerçəkləşdiriləcək: “Bir müddət öncə terrorçular tərəfindən ələ keçirilmiş yerdəki əmrlərə cavab verməyən şübhəli təyyarələrin aşkarlanması sistemi yaradılıb. Layihə Rusiya-NATO şurası tərəfindən gerçəkləşdirilir. Bu sistem bizə terrorçuların təhlükəsindən qorunmaqda yardım edəcək".
DOSTLARINLA PAYLAŞ: