Rusiya Liviyada zorakılığı dəstəkləməyəcək 
    26 Aprel 2011 Çərşənbə Axşamı 15:10
    Moskva BMT-nin Liviya ilə bağlı yeni mümkün qətnaməsini dəstələməklə bağlı şərtləri açıqlayıb
    
                	 
    
         BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı yeni mümkün qətnaməsi bu ölkədə vətəndaş müharibəsinin daha da gərginləşməsinə səbəb olacaqsa, Rusiya onu dəstəkləməyəcək. Bunu bəyan edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva yalnız tərəfləri danışıqlar masasına çağıracaq mümkün qətnaməni dəstəkləyməyə hazırdır. 
«Yeni qətnamə hələlik mövcud deyil. Ancaq deyə bilərəm ki, zorakılığa, qon tökülməsinə, döyüşlərə son qoyulmasına və tərəfləri dərhal danışıqlar masasında əyləşərək Liviyanın gələcəyi ilə bağlı razılığa gəlməyə çağıran qətnamə çıxarılsa, biz onu dəstəkləyəcəyik. Qətnamə bu və ya digər tərzdə vətəndaş müharibəsinin daha da dərinləşməsinə, həmçinin daxili işlərə müdaxiləyə səbəb olacaqsa, biz onu dəstəkləyə bilməyəcəyik.»-Sergey Lavrov belə deyib.
DOSTLARINLA PAYLAŞ: