Rusiya ilə İran Xəzərlə bağlı razılığa gəlib
05 Yanvar 2012 Cümə Axşamı 16:58
Tərəflər dənizin hüquqi statusuna dair konvensiyanın işlənilməsi istiqamətində səylərini gücləndirəcək.
Rusiya prezidenti Dmitri Medvedev və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı olub. ANS PRESS-in Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları 2012-ci ildə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə edib.

Söhbət zamanı həmçinin regional problemlərlə bağlı fikir mübadiləsi ararılıb. Tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın işlənilməsi istiqamətində səylərini gücləndirmək qərarına gəlib. Bunun üçün Bakıda keçirilən Xəzər sammitində əldə olunmuş razılaşmanın prinsiplərinin vacibliyi əsas götürüləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar