Rusiya ilə Azərbaycan arasında körpü tikiləcək
24 İyul 2013 Çərşənbə 15:14
İki ölkənin nəqliyyat nazirləri Samur sərhəd-keçid məntəqəsində görüşüb.
Rusiya və Azərbaycanın nəqliyyat nazirləri arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ziya Məmmədov arasında görüş Samur sərhəd-keçid məntəqəsində olub. Görüş zamanı Samur çayı üzərində yeni körpünün tikilməsi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.

Tədbirdə prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən iri miqyaslı layihələr, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar