Rusiya icarəyə götürdüyü Qəbələ RLS-in torpaq sahəsini azalda bilər
06 İyul 2012 Cümə 12:57
Məsələ Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla azərbaycanlı həmkarı Səfər Əbiyevin görüşündə müzakirə edilir.
Rusiyanın Kalininqrad şəhərində MDB Müdafiə nazirlərinin görüşü keçirilib. Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşündə bəyan edib ki, Rusiya Qəbələ RLS-in icarə haqqının azaldılması üçün bu ərazidə icarəyə götürdüyü torpaq sahəsinin həcminin azaldılmasını istəyə bilər. O, danışıqların davam etdiyini və hələlik bunu yekunlaşdırmağın tez olduğunu deyib: “Rusiyanın icarəyə götürdüyü ərazinin həcminin ixtisarı da daxil olmaqla, müzakirələrin yekun detalları yaxın aylarda işlənib hazırlanacaq”.

250 hektar ərazidə yerləşən Qəbələ radiolakasiya stansiyası Rusiyanın raketdən müdafiə sisteminə daxil olan 9 radiolokasiya stansiyasından biridir. Bunlar arasında Rusiyanın özündə, Oleneqorska, Mişelevkada yerləşən Dnepr və Peçora daryal tipli stansiyalarıdır. Qonşu dövlətlərdə isə Urkraynada Mukaçevo və Sevastopolddə yerləşən Dnepr RLS-i, Qazaxıstandakı Balxaş-Dnepr RLS-i, Belorusiyada Volqa RLS-idir. 8000 kilometrlik radiusu nəzarət altında saxlamaq imkanına malik olan Qəbələ RLS-i İran, Türkiyə, Hindistan , Hind okeanı və hətta Avstraliya materikinin bir hissəsini əhatə edir. Stansiya orta mənzilli nüvə başlıqlı raketin buraxılış anından başlayaraq onun istiqamətini müəyyən etməyə qadirdir.

Bu da oz növbəsində təhlükəni zərərləşdirməyə imkan verir. 2002-ci ildə 10 il müddətinə Azərbaycan və Rusiya arasında imzalanmış müqavilədə Qəbələ RLS İnformasiya-Təhlil mərkəzi kimi müəyyən edilib. Rusiyanın 1400 hərbi qulluqçusunun xidmət etdiyi stansiyaya görə Rusiya Azərbaycana ildə 7 milyon dollar ödəyirdi.

Qeyd edək ki, bir sıra mənbələrdə Azərbaycanın Qəbələ RLS-ə görə 300 milyon dollar istədiyini Rusiyanın isə icarə haqqının yüksək oldğunu əsas gətirərək stansiyadan imtina etməsi xəbərləri yayılmışdı. Bu məbləğə Rusiyanın öz ərazisində bu cür iki obyekt tikə biləcəyi iddia edilir.

Amma ekspertlər bu iddianı əssasız sayırlar. Məsələn, Rusiya Ukraynadakı hərbi bazaya görə hər hektarın qiymətini 500 min dollardan 2 milyon dollara qədər dəyişir. Sevostopolda Qara dəniz donanmasının yerləşdirilməsinə görə Moskva ildə 500 milyon dollar ödəyir.

2004-cü ildə imzalanmış sənədə əsasən Baykonur kosmodromunun istifadəsinə görə Moskva Astanaya hər il 115 milyon dollar verir. Daha 50 milyon dollar isə infrastrukturun normal halda saxlanmasına xərclənir və bütün bunlardan əlavə Rusiya Qazaxıstan ordusunu yeni hərbi texnika ilə də təchiz edir. Ümumilikdə götürəndə Rusiya Qazaxıstana ildə 350-400 milyon dollar ödəyir.
Belorusda Qəbələ stansiyası ilə müqayisədə çox zəif olan “Volqa” stansiyası fəaliyyət göstərir. Rusiya hətta bu stansiyaya görə Minskə Azərbaycana verdiyindən dəfələrlə artıq pul ödəyir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar